Britaniyada məhbus xaosu: Məhkumlar niyə vaxtından əvvəl azad ediləcəklər?

Bu gün, 16:58           
Britaniyada məhbus xaosu: Məhkumlar niyə vaxtından əvvəl azad ediləcəklər?
Böyük Britaniyanın Ədliyyə Nazirliyi cinayət qurbanlarına artıq yeddi mindən çox bildiriş göndərərək, onların işləri üzrə məhkum olunmuş şəxslərin tezliklə vaxtından əvvəl azadlığa buraxılacağını xəbər verib.

Bu barədə "Daily Mail" nəşri xəbər yayıb. Bildirilib ki, bu addımın atılmasına səbəb cəzaçəkmə müəssisələrində yaranmış kəskin sıxlıqdır.

Məhkumların azadlığa buraxılmasının ilk mərhələsi sentyabrın 2-dən başlayacaq. Bu siyahıya ilyarımdan az müddətə azadlıqdan məhrum edilənlər daxil ediləcəklər. 2027-ci ilin iyun ayından etibarən isə cəza müddəti 12 ildən çox olan daha təhlükəli cinayətkarlar da sərbəst buraxılacaqlar.

Jurnalistlərin sözlərinə görə, vaxtından əvvəl azad etmə prosesi "yumşaq ədalət" adlandırılan təcrübə çərçivəsində həyata keçirilir. Əsas məqsəd isə həbsxanaların boşaldılmasını təmin etməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru