Tovuz döyüşlərinin başlamasından altı il keçir
Bu gün, 10:34

Bu gün Tovuz döyüşlərinin başlamasından altı il keçir.
2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzinin Mosesgeğ kəndi və Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlər.
2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb.
Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olub.
Döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bu döyüşlərdən sonra da iki tərəf arasında gərginlik davam etmiş və 27 sentyabr 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır.
Həmçinin hər il 12 iyul Azərbaycan xalqı tərəfindən Tovuz döyüşləri şəhidlərinin Anım Günü kimi qeyd olunur

