"Tramp Vaşinqton bataqlığını qurutmağa söz vermişdi. İndi isə özü onun içində itib" – "infoBRICS" (Çin)
Bu gün, 09:54

Donald Tramp uzun illər özünü ABŞ-ın "sonsuz müharibələrinə" qarşı çıxan siyasətçi kimi təqdim etsə də, ikinci prezidentliyi dövründə onun xarici siyasəti əvvəlki vədlərindən xeyli fərqlənir.
Moderator.az xəbər verir ki, bu barədə Çinin "infoBRICS" nəşri yazıb.
Müəllif hesab edir ki, Tramp getdikcə daha sərt və qarşıdurmaya əsaslanan kursa üstünlük verir.
"Sülh namizədi" imici dəyişir
Məqalədə bildirilir ki, Tramp ilk prezidentliyi dövründə ABŞ-ın xarici müdaxilələrini tənqid edir, Vaşinqtonun "bataqlığını" qurudacağını və daha praqmatik siyasət aparacağını vəd edirdi. Lakin müəllifin fikrincə, zaman keçdikcə bu yanaşma dəyişdi və Tramp əvvəlki realist mövqeyindən uzaqlaşaraq daha sərt ritorikaya üstünlük verməyə başladı.
Ukrayna və İran siyasətində sərt xətt
Yazıda qeyd olunur ki, Tramp Ukrayna müharibəsini qısa müddətdə dayandıracağını vəd etsə də, bu baş vermədi. Əksinə, onun administrasiyası Ukraynaya dəstəyi davam etdirir, NATO ilə əməkdaşlığı gücləndirir və Rusiyaya qarşı daha sərt bəyanatlar verir. Müəllif həmçinin hesab edir ki, İranla bağlı atılan addımlar da Yaxın Şərqdə gərginliyi azaltmaq əvəzinə, yeni eskalasiya riskini artırır.
Tramp əvvəlki vədlərindən uzaqlaşıb
Məqalənin sonunda vurğulanır ki, Trampın "Öncə Amerika" şüarı getdikcə daha aqressiv xarici siyasətlə əvəz olunur. Müəllif iddia edir ki, Vaşinqton geosiyasi rəqiblərinə təzyiqi artırmaq xəttini davam etdirir, Tramp isə vaxtilə tənqid etdiyi siyasi sistemin bir hissəsinə çevrilib. Onun fikrincə, ABŞ siyasətində sülh tərəfdarlarının mövqeyi zəifləyir, qarşıdurmanı müdafiə edən qüvvələrin təsiri isə artır.

