UFC 329: Maks Hollouey Konor Makqreqoru texniki nokautla məğlub edib - VİDEO

Bu gün, 09:28           
UFC 329: Maks Hollouey Konor Makqreqoru texniki nokautla məğlub edib - VİDEO
Maks Hollouey UFC 329 turnirinin əsas döyüşündə Konor Makqreqora qalib gəlib.

Oxu.Az xəbər verir ki, Las-Veqasda keçirilən qarşılaşma birinci raundun 69-cu saniyəsində başa çatıb.

Beş ildən sonra oktaqona qayıdan Makqreqor döyüşün əvvəlində zərbə endirməyə çalışarkən sağ dizindən zədələnib. İrlandiyalı idmançı qarşılaşmanı davam etdirə bilməyib və hakim Holloueyin texniki nokautla qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, tərəflər ilk dəfə 2013-cü ildə qarşılaşıblar. Həmin döyüşdə Makqreqor hakimlərin yekdil qərarı ilə qalib gəlmişdi. Bu, irlandiyalının 2021-ci ildən sonra UFC-də ilk çıxışı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru