Azərbaycanın rəhbəri olmuş Vəli Axundovun arzusu
Bu gün, 00:05

Atam Vəli Axundov respublika rəhbəri vəzifəsindən istefasından (1969-cu il - O.M) çox illər sonra necə oldusa, ondan soruşdum:
- Necə düşünürsən, o 10 il ərzində əsas nailiyyətin nə olub? Bütün planlarından nəyi həyata keçirmək mümkün olub, hansılar eləcə kağız üzərində qalıb? Cavabı gözlənilməz oldu. O, bu zaman ərzində tikilmiş obyektləri sadalamadı, iqtisadiyyatda, elmdə, mədəniyyətdə qazanılan nailiyyətlərdən danışmadı... Bircə dəqiqəliyə fikrə getdi, sonra cavab verdi:
- İstəmişəm ki, insanlar qorxu hissini unutsunlar, özlərini azad hiss etsinlər. Hər dəfə qapıları döyüləndə, gecə vaxtı evlərinə yaxınlaşan maşın səsi eşidəndə daha səksənməsinlər. Biz uzun illərin insanı ləyaqətdən məhrum edən və şəxsiyyəti parçalayan qorxu atmosferində yaşamışıq... Əgər mən insanları bu gərginlikdən az da olsa, uzaqlaşdırmaq niyyətimə çatmışamsa, deməli, özümü xoşbəxt saya bilərəm... Deməli, bütün görülən işlər və heç nə hədər getməyib...
Qızı Nigar Axundovanın xatirələrindən
Azərbaycan Tarixi

