Xamenei: Atamın qisasını almaq İran xalqının tələbidir

Bu gün, 00:10           
Xamenei: Atamın qisasını almaq İran xalqının tələbidir
İranın ali dini lideri Ayətullah Müctəba Xamenei atası, mərhum ali lider Ayətullah Əli Xameneinin qisasının alınmasının “İran xalqının tələbi” olduğunu bildirib.

Tribuna.az xəbər verir ki, Müctəba Xameneinin yazılı müraciəti onun Telegram kanalında dərc olunub.

Müraciət ABŞ və İsrailin fevralın 28-də həyata keçirdiyi hava zərbələri nəticəsində həlak olmuş Əli Xameneinin dəfn mərasimləri münasibətilə yayımlanıb.

“Şəhid liderimizin və bu iki müharibədə həyatını itirmiş bütün şəhidlərin qanının qisasını cinayətkar və rüsvay olmuş qatillərdən almağa söz veririk”, – deyə Xamenei bildirib.

O əlavə edib ki, atasının qisasının alınması “xalqın tələbi”dir və bunun mütləq həyata keçiriləcəyini vurğulayıb.

“Biz burada olsaq da, olmasaq da, bu baş verəcək. Dünyanın müxtəlif yerlərində azadlıq uğrunda mübarizə aparan insanlar bu ilahi missiyanın bir hissəsini yerinə yetirəcəklər”, – deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru