Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Bu gün, 00:06
"ASAN xidmət" mərkəzlərinə müraciət edən vətəndaşlar üçün yeni qayda tətbiq olunub.
AzFakt.com xəbər verir ki, bundan sonra dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə düzgün tutulmayan və ya artıq ödənilmiş dövlət rüsumlarının geri qaytarılması "ASAN xidmət" tərəfindən deyil, vətəndaşın müraciət etdiyi xidməti göstərən müvafiq dövlət orqanı tərəfindən həyata keçiriləcək.
Bildirilib ki, rüsumun geri qaytarılması vətəndaşın ərizəsi əsasında həmin dövlət qurumu tərəfindən icra olunacaq.
"ASAN xidmət" vətəndaşlardan bu dəyişiklikləri nəzərə almalarını xahiş edib.