“Sabah” rəqibini darmadağın etdi – ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı
Bu gün, 00:16

Azərbaycan klubları ikinci ildir ki, Çempionlar Liqasınını əsas mərhələsinə düşürlər
Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Azərbaycan futbolu üçün tarixi nəticə ilə yekunlaşıb. Bakı təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edərək tarixdə ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
İlk oyunda səfərdə 1:2 hesabı ilə məğlub olan “Sabah” cavab görüşünə qələbə əzmi ilə çıxıb. Qarşılaşmanın ilk hissəsi 1:1 hesabı ilə başa çatıb və futbolçular fasiləyə bu nəticə ilə yollanıblar.
İkinci hissədə də gərgin mübarizə davam edib. “Sabah” rəqibinə qarşı əzmkar oyun nümayiş etdirərək hesabdakı vəziyyəti öz xeyrinə dəyişməyi bacarıb.
Bakı klubu xüsusilə matçın həlledici anlarında xarakter nümayiş etdirib və ardıcıl qollar sayəsində rəqibini darmadağın edib. Qarşılaşmanın yekun hesabı 5:2 olub.
Beləliklə, “Sabah” bu möhtəşəm qələbə ilə UEFA Çempionlar Liqasına vəsiqə qazanaraq Azərbaycan futbol tarixində mühüm uğura imza atıb.
Bu nəticə “Sabah” üçün klub tarixinin ən böyük beynəlxalq uğurlarından biri olmaqla yanaşı, Azərbaycan futbolu üçün də əlamətdar hadisədir. Komandanın doğma meydanda nümayiş etdirdiyi mübarizə, iradə və əzm azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb.
“Sabah”ın futbolçuları və məşqçi heyəti oyundan sonra tarixi uğuru azarkeşlərlə birlikdə qeyd edib. Tofiq Bəhramov adına Respublika stadionunda yaşanan sevinc isə uzun müddət yadda qalacaq.
Azərbaycan təmsilçisi bununla da Çempionlar Liqasının növbəti mərhələsinə adını yazdırıb və avrokuboklardakı yolunu ən mötəbər turnirdə davam etdirmək hüququ əldə edib.
Matçın nəticəsi
UEFA Çempionlar Liqası, pley-off mərhələsi
“Sabah” – “Hapoel” (Beer-Şeva) 5:2
Qollar:
0:1 – İqor Zlatanoviç, 10
1:1 – Kristian Nvaçukvu, 38
1:2 – Quy Mizrahi, 61
2:2 – Umarali Raxmonaliyev, 74
3:2 – Tellur Mütəllimov, 90+4
4:2 – Orfe Mbina, 101
5:2 - Coy-Lens Mikels 115
Nəticə: “Sabah” UEFA Çempionlar Liqasına vəsiqə qazandı.
Qeyd edək ki, "Sabah" Azərbaycan futbol tarixində UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan ikinci Azərbaycan komandasıdır. Bundan əvvəl, yəni 2025-ci ildə "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmışdı.
***
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib. Azərbaycan çempionu “Sabah” doğma meydanda İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşır.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. Futbolçular hazırda fasiləyə yollanıblar.
Matçın ilk qolunu qonaqlar vurub. 10-cu dəqiqədə İqor Zlatanoviç hesabı açıb. 38-ci dəqiqədə Kristian Nvaçukvu "Sabah"-ın bərabərlik qolunu vurub.
Xatırladaq ki, komandalar arasında İsraildə keçirilən ilk qarşılaşmada “Sabah” 1:2 hesabı ilə məğlub olmuşdu. Bakı təmsilçisi cavab görüşündə ümumi hesabı öz xeyrinə dəyişərək növbəti mərhələyə vəsiqə qazanmağa çalışır.
Saat 20:45-də başlayan qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi İştvan Kovaçdır.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu Rumıniya, Almaniya və Azərbaycan hakimlərinin iştirakı ilə keçirilir. Matçın ikinci yarısında tərəflərin hansı nəticə ilə mübarizəni tamamlayacağı bəlli olacaq.

