Universitetdə DƏHŞƏTLİ PARTLAYIŞ – ANBAAN VİDEO (YENİLƏNDİ)

17-01-2019, 16:35           
Universitetdə DƏHŞƏTLİ PARTLAYIŞ – ANBAAN VİDEO (YENİLƏNDİ)
İlkin məlumatlara görə, təhsil müəssisəsinin binalarından birinin damında təmir aparılırdı. Təmir işləri zamanı yaranan qığılcım nəticəsində 3 qaz balonu partlayıb.

“Yanğın nəzarət altındadır, ancaq onun tamamilə aradan qaldırılmasına çox vaxt gedəcək. Bizim qiymətmətləndirilmələrimizə görə, bu, günün sonuna qədər çəkəcək. Tam əmin olmaq lazımdır ki, yanğın yenilənməyəcək”, - Klod Bernar adına Lion universitetinin tvitter səhifəsində deyilir.

Universitet administrasiyası ali təhsil müəssisəsinin əməkdaşları və tələbələri hadisə yerindən ən azı 100 metr kənarda dayanmağa çağırıb. Hadisə nəticəsində 3 nəfərin yüngül yaralandığı bildirilir.

***

Fransanın Lion şəhərində universitet binasında partlayış baş verib.

Publika.az xəbər verir ki, bu haqda “The Mirror” nəşri bildirir.

Məlumata görə, partlayışdan sonra güclü yanğın başlayıb. Yayılan kadrlardan görünür ki, yanğın yeni partlayışlarla müşayiət olunur.

Universitet şəhərciyinin binası polis tərəfindən mühasirəyə alınıb. Hadisənin qurbanları barədə məlumat hələ yoxdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru