"Facebook" İranla bağlı bir neçə yüz profili silib

1-02-2019, 07:41           
"Facebook" İranla bağlı bir neçə yüz profili silib
"Facebook" şirkəti İranla bağlı bir neçə yüz əkkaunt və qrupu silib.

“Report” xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

"Bu gün biz "Facebook" və "Instagram"da yalnış fikir formalaşdıran, əlaqələndirilmiş fəaliyyətə cəlb olunan bir çox səhifə, qrup və əkkauntu sildik", - deyə bəyanatda bildirilir.

Bəyanatda profillərin İranla bağlı olduğu və söhbətin hər sosial şəbəkədə silinmiş 780-dən çox səhifə, qrup və əkkauntdan getdiyi qeyd olunur.

Bundan əvvəl də "Facebook" şirkəti İrandan qaynaqlanan 80-dən çox səhifəni silib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru