Mağazalarda sellofan torbaların pulla satışına başlanıldı - VİDEO

6-02-2019, 13:35           
Mağazalarda sellofan torbaların pulla satışına başlanıldı - VİDEO
Bakıda bəzi mağazalarda sellofan torbalar artıq pulla satılır.

Xezerxeber.az-ın məlumatına görə, mağazadan aldığın əşyanı qoymaq üçün əvvəllər pulsuz verilən sellofan torbalara görə indi minimum 20 qəpik ödəyirsən. Məqsəd ekologiya üçün ciddi təhlükə sayılan polietilen torbalardan istifadəni minimuma endirməkdir.

Mağaza sahibi İskəndər Cəbiyev deyir ki, torbaların pulla satışına 1 həftədir başlayıblar.

İskəndər Cəbiyevin sözlərinə görə, onların bu addımına əksər alıcının münasibəti müsbət olub.

Qeyd edək ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilən torbaların məhdudlaşdırılması ilə bağlı tədbirlər planı hazırlayıb. Tədbirlər planında plastik tullantılardan, xüsusən də polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru