Cənubi Amerikada minlərlə balıq sahilə çıxıb

21-07-2023, 00:08           
Cənubi Amerikada minlərlə balıq sahilə çıxıb
Argentinada “penis balığı” adlandırılan Urechis cinsinə aid minlərlə dəniz qurdu sahilə çıxdı.Foodinfo.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
İyulun 17-də Tierra del Fueqo əyalətinin Rio-Qrande şəhərinin şimalında şiddətli fırtınadan sonra kişi cinsiyyət orqanına bənzər canlılar sahilə çıxmağa başlayıb.Balıqçılar dəniz basını tutmaq üçün əla yem hesab olunduğundan qurd toplamaq üçün artıq kütləvi şəkildə sahilə gəlirlər.
Urechis cinsinin qurdları Echiurid dəniz qurdlarının alt sinfinə aiddir, uzunluğu 30 santimetrə çata bilər. Bu alt sinifin müxtəlif növləri həm Amerika sahillərində, həm də Asiyada yaşayır. Onların balıqçılar tərəfindən verilən ləqəblərdən başqa ümumi qeyri-elmi adları yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru