“Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin hazırda Belarusun paytaxtı Minskdədir.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Berns məlumat verib.
"O, bir az hərəkət etdi, Məncə, o, bu yaxınlarda Minskdə idi. Onun Minskətrafı qəsəbələrdə təqaüdə çıxmaq planlarının olduğuna əmin deyiləm”, - Berns deyib.
Bderns əlavə edib ki, “Priqojin növbəti qisasdan xilas olsa, təəccüblənəcək”.
"Mən Priqojinin yerində olsaydım, yemək dequstatorumu qovmazdım”, - deyə Berns zarafat edib.
Bu həftənin əvvəlində Priqojinin üsyana rəhbərlik etdiyi vaxtdan bəri ilk dəfə ictimaiyyət qarşısında çıxışı olan videosu yayılıb. O, Belarusda PMC üzvlərini salamlayarkən lentə alınıb.