Deputatlar canlı yayımda bir-birini söydü, aparıcı arada qaldı
21-07-2023, 14:24
Polşalı deputatlar Yanuş Kovalski və Dariuş Klimçak ölkənin "Polsat" telekanalının efirində Ukraynadan gələn taxılla bağlı söyüşlü mübahisə ediblər
Qaynarinfo xəbər verir ki, teleaparıcı Aqneşka Qozdıra deputatların arasında girərək, onları sakitləşdirməyə çalışıb.
Müzakirələr zamanı hakim koalisiyanın üzvü Kovalski müxalifətçi Dariuş Klimçakı və onun Polşa Xalq Partiyasını Ukrayna ilə ticarətin liberallaşdırılmasına dəstək verməkdə ittiham edib, bundan sonra ona emosional təzyiq şəkildə göstərməyə çalışıb. Siyasətçi bildirib ki, o, rəqibinin "Polşaya sadiq” olmasını istəyir.
Rəqibi dolayı yolla onu ölkənin mənafeyinə xəyanətdə ittiham edib.
"Kənd təsərrüfatı nazirinin müavini olaraq siz Polşa kənd təsərrüfatı ilə deyil, sosial şəbəkələrdə holland travestiləri ilə məşğulsunuz”, deyə Klimçak Kovalskiyə cavab verib.