Heç bir şikayəti olmayan rusiyalı qadının böyrəklərindən yüzlərlə daş çıxarıldı

15-11-2025, 15:44           
Heç bir şikayəti olmayan rusiyalı qadının böyrəklərindən yüzlərlə daş çıxarıldı
Moskva xəstəxanalarından birində həkimlər 51 yaşlı qadının hər iki böyrəyindən yüzlərlə daş çıxarıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamenti məlumat yayıb.

Məlumata görə, daşlar adi tibbi müayinə zamanı aşkar edilib.

Buna qədər qadın heç bir narahatlıq və ağrı hiss etmədiyi üçün müayinədə gözlənilməz nəticələr ortaya çıxıb.

Bildirilir ki, daşların əmələ gəlməsinin səbəbi anatomik xüsusiyyətlər olub.

Mütəxəssislər qeyd ediblər ki, belə vəziyyət davam edərsə, xəstədə böyrək çatışmazlığı və orqan perforasiyasının inkişaf riski olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]