Azərbaycanda məşhur meyxanaçı qəzaya düşdü: Xəstəxanaya aparıldı

16-11-2025, 00:08           
Azərbaycanda məşhur meyxanaçı qəzaya düşdü: Xəstəxanaya aparıldı
Azərbaycanda tanınmış meyxanaçı qəzaya düşüb.

TEREF xəbər verir ki ,Manset.az-ın əldə etdiyi məlumata görə, meyxanaçı Bəxtiyar Salayev (Corat) Bakı-Quba yolunda avtomobillə qəza keçirib.

O, Təcili Tibbi Yardımla dövlət xəstəxanalarının birinə aparılıb. Ona ilkin yardım göstərildikdən sonra müalicəsini ambulator qaydada davam etdirmək üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bəxtiyar Corat bağlanmış ANS Televiziyasında meyxana yarışmasının iştirakçısı olub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]