Küçədə atışma olub - Ölən və xəsarət alanlar var

16-11-2025, 11:18           
Küçədə atışma olub - Ölən və xəsarət alanlar var
ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərinin Cənub dairəsndə baş verən atışmada biri uşaq daxil olmaqla iki nəfər ölüb, daha üç nəfər yaralanıb.

Bu barədə Moderator.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində 20-yə qədər giliz aşkar ediblər. Zərərçəkənlər universitetin xəstəxanasına çatıdırılıblar. Həkimlər 10 yaşlı oğlanın və 21 yaşlı qızın ölümünü qeydə alıb.

Xəsarət alan 11 yaşlı uşağın (oğlan), 19 yaşlı oğlanın və 60 yaşlı kişinin vəziyyəti sabitdir.

Polis araşdırma aparır, hadisənin başvermə səbəbi məlum deyil, heç bir şübhəli həbs olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]