Mixail Xodorkovski terrorçu və ekstremistlər siyahısına salınıb

20-11-2025, 10:44           
Mixail Xodorkovski terrorçu və ekstremistlər siyahısına salınıb
"Rosfinmonitorinq" əvvəllər Rusiyada "xarici agent" kimi tanınan YUKOS-un keçmiş sahibi Mixail Xodorkovskini terrorçu və ekstremistlər siyahısına daxil edib.

Bu barədə məlumat "Rosfinmonitorinq"in rəsmi saytında dərc olunub.

Siyahıya daxil edilənlər arasında keçmiş deputat Dmitri Qudkov və politoloq Yuri Pivovarov da yer alır.

"Rosfinmonitorinq"in reyestrinə düşən şəxslərə qarşı bir sıra məhdudiyyətlər tətbiq edilib. Məsələn, onlara Rusiya KİV-i ilə qarşılıqlı əlaqədə olmaq və seçkilərdə iştirak etmək qadağan olunub.

Xatırladaq ki, Mixail Xodorkovski 2003-cü ildə həbs edilib. 2005-ci ildə ona qarşı dələduzluq və vergidən yayınma ittihamları irəli sürülüb. 2010-cu ildə isə neft oğurluğu və əldə edilən gəlirin leqallaşdırılması ittihamı ilə 10 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ilin sonunda Rusiya prezidentinin fərmanı ilə əfv olunaraq azadlığa buraxılıb və daha sonra ölkəni tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]