15 yaşlı gözəllik kraliçası dəhşətli qəzada öldü - VİDEO

20-11-2025, 15:18           
15 yaşlı gözəllik kraliçası dəhşətli qəzada öldü - VİDEO
İvana Marsela Lopez Muralles adlı 15 yaşlı gözəllik kraliçası Qvatemalada vəfat edib.

Bu barədə "Prensa Libre" məlumat yayıb.

Muralles gecə motosiklet sürərkən yük maşını qəfildən tam sürətlə ona çırpılıb. Motosiklet maşının təkərlərinin altına düşüb və yük maşını onun üstündən keçməzdən əvvəl bir neçə metr sürükləyib.

Aldığı xəsarətlərin şiddətinə görə o, hadisə yerində keçinib.Yük maşınının sürücüsü saxlanılıb. Qəzanın səbəbləri araşdırılır.

Muralles uşaqlıqdan müxtəlif gözəllik müsabiqələrində iştirak edib. 2024-cü ildə keçirilən "Çiçək Festivalı"nda o, gözəllik kraliçası seçilib.

Onun cənazə maşını qısa karyerası ərzində qazandığı bütün lentlərlə bəzədilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]