Gürcüstan gömrüyündə saxlanılan yük avtomobilləri sərbəst buraxıldı

27-11-2025, 00:14           
Gürcüstan gömrüyündə saxlanılan yük avtomobilləri sərbəst buraxıldı
Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri (TIR) ilə bağlı məsələ qısa zamanda həll olunacaq.

"32gun.az" xəbər verir ki, bu barədə Report-un Gürcüstan bürosuna Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün səfirliyin əməkdaşları Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüş keçiriblər və danışıqlar çərçivəsində qarşı tərəf məsələnin qısa zamanda həll olunacağına söz verib.

Xatırladaq ki, tütün məmulatları daşıyan Azərbaycana məxsus yük maşınları bir müddət əvvəl Gürcüstan sərhəd-keçid məntəqəsində heç bir səbəb göstərilmədən saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]