17 yaşlı Eşqin ölümündən əvvəl qorxubmuş — VİDEO

30-11-2025, 09:08           
17 yaşlı Eşqin ölümündən əvvəl qorxubmuş — VİDEO
Qorxu keçirən 17 yaşlı yeniyetmə 1 il əvvəl bitirdiyi məktəbin qarşısındakı həyətdə ölüb.

Hadisə dünən axşam saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki 94 saylı məktəbin qarşısında baş verib.

17 yaşlı Eşqin Məhi oğlu Rüstəmov yaxın dostlarının əhatəsində vəfat edib. Onun ayağının altına atılan pirotexniki vasitədən həyəcan keçirdiyi bildirilir.

Hadisənin baş verdiyi an Eşqi Rüstəmovun yanında olan həmyaşıdları onun partlayışdan həyəcan keçirdiyini iddia ediblər.

Fidan Hüseynova iddia edir ki, təcili tibbi yardım ilkin yardım göstərib getdikdən sonra Eşqi Rüstəmovun səhhəti yenidən pisləşib.

Mərhumun qonşuları bildirib ki, Eşqin Rüstəmovun ailəsi əslən Cəbrayıl rayonundandır. Evin tək oğlu olan Eşqinin özündən başqa bir bacısı var.

Hazırda faktla bağlı araşdırma aparılır.

Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]