İraqda neft emalı zavodu yaxınlığında atışma: Ölənlər və yaralananlar var

30-11-2025, 09:24           
İraqda neft emalı zavodu yaxınlığında atışma: Ölənlər və yaralananlar var
İraqın Şimali Kürdüstan regionunda təhlükəsizlik qüvvələri Ərbil şəhərindəki Lanaz neft emalı zavodunun yaxınlığında etirazçılara atəş açıblar. Nəticədə ən azı iki nəfər ölüb, üç nəfər yaralanıb.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə yerli təhlükəsizlik qüvvələri məlumat yayıb.

Qeyd olunur ki, etirazçılar neft emalı zavodunda iş tələb ediblər. Obyekti mühafizə edən təhlükəsizlik qüvvələri onlara atəş açıblar.

Regional hökumət hələlik hadisə ilə bağlı açıqlama verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]