6 milyona yaxın bəyəni toplayan video qazının həyatını dəyişdi – Milyonçu oldu

4-12-2025, 17:25           
6 milyona yaxın bəyəni toplayan video qazının həyatını dəyişdi – Milyonçu oldu
ABŞ-nin Miçiqan ştatında yaşayan 88 yaşlı veteran Ed Bambas pensiyasını itirdikdən sonra dolanmaq üçün marketdə işləmək məcburiyyətində qalıb. Sosial mediada yayılan bir video isə onun hekayəsini gündəmə gətirdi və həyatını dəyişdirdi.
Bambas videoda “Meijer” supermarketində həftədə 40 saat kassir işlədiyini açıqladığı hekayəsində 13 il əvvəl pensiyasını itirdiyini və tibbi xərclərini ödəmək üçün evini satmaq məcburiyyətində qaldığını deyib. Onun 50 illik həyat yoldaşı isə istədiyi təqaüd yaşına çatmadan 7 il əvvəl vəfat edib.
Bambas videoda "Eşim öldükdən sonra ev və digər xərcləri qarşılayacaq gəlirim qalmamışdı. Bədənimi güclü tutan Tanrıya şükür edirəm", – dedyib.
Avstraliyadan olan blogger Samuel Veydenhofer Bambas üçün 400 dollar ianə köçürdükdən sonra videonu paylaşıb. Daha sonra internetdə yardım kampaniyası başladıb. Qısa müddətdə kampaniyada 1 milyon 275 min dollar toplanıb.
Məşhur müğənnilər Çarli Put və Rassell Dikerson də videoya reaksiya verərək yardım etdiklərini açıqladılar.
Veydenhofer toplanan məbləğin Bambas üçün təhlükəsiz bank hesabına və ya fonda yatırıldığını və yaxın günlərdə ona sürpriz olaraq bildirəcəyini deyib.
Video “TikTok”da 5 milyon, “Instagram”da isə 613 min bəyənmə toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]