DƏHŞƏTLİ YANĞIN: 10 milyon dollarlıq retro avtomobillər KÜLƏ DÖNDÜ

7-12-2025, 10:14           
DƏHŞƏTLİ YANĞIN: 10 milyon dollarlıq retro avtomobillər KÜLƏ DÖNDÜ
Praqada baş verən yanğın təxminən 200 milyon kron (təxminən 10 milyon dollar) dəyərində kolleksiya avtomobilləri məhv edib.

Referans Media “Idnes” portalına istinadən xəbər verir ki, bu barədə Praqa Yanğından Mühafizə İdarəsinin sözçüsü Voytex Rotşedl bildirib.

Onun sözlərinə görə, şənbə günü axşam Straşnitse rayonunda təkər təmiri sexində güclü yanğın baş verib.

Binada saxlanılan retro avtomobillərin əksəriyyəti alovun təsirindən tamamilə məhv olub.

Yanğın təxminən 900 kvadratmetr ərazini əhatə edib. Yanğınsöndürənlər yanğını söndürdükdən təxminən bir saat sonra alovun qarşısını ala biliblər.

Hazırda hadisənin başvermə səbəbləri mütəxəssislər tərəfindən araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]