Kaliforniyada qanadları futbol meydançasından böyük olan nəhəng təyyarənin uçuşu baş tutub VİDEO

14-12-2025, 09:26           
Kaliforniyada qanadları futbol meydançasından böyük olan nəhəng təyyarənin uçuşu baş tutub  VİDEO
ABŞ-nin Kaliforniya ştatının sakinləri qanadları futbol meydançasının uzunluğundan böyük olan nəhəng "Stratolaunch Roc" təyyarəsinin uçuşunun şahidi olublar.

Bu barədə "The Daily Star" nəşri məlumat yayıb.

Hava gəmisi bir-birinə birləşdirilmiş iki gövdəyə bənzəyən unikal dizayna malikdir. Təyyarənin qanadlarının uzunluğu 117 metrdir, altı "Boeing 747" mühərriki ilə təchiz olunub və uçuş çəkisi 590 tondur.

Mütəxəssislər qeyd edirlər ki, bu, nəhəng laynerin ilk uçuşu deyil. Əvvəllər "Stratolaunch Roc"un bir neçə dəfə sınaq uçuşları həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]