Polkovnik Şair Ramaldanovun ailə üzvləri avtomobil qəzasında həlak olublar

15-12-2025, 07:08           
Polkovnik Şair Ramaldanovun ailə üzvləri avtomobil qəzasında həlak olublar
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN Mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında məlumat verib ki, qəza zamanı dünyasını dəyişən şəxslər Şair Ramaldanovun ailə üzvləridir.

O bildirib ki, qəza nəticəsində dünyasını dəyişənlər Ramaldanov qardaşlarından biri olan polkovnik Elman Ramaldanovun ailə üzvləri olub.

Onlardan biri ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən biri olan 43 yaşlı Cəmilə Bağırovadır.
Ruhları şad olsun!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]