Berlində 13 yaşlı məktəbli tarixi xəzinə tapdı

Dünən, 17:08           
Berlində 13 yaşlı məktəbli tarixi xəzinə tapdı
Almaniyanın paytaxtı Berlində 13 yaşlı məktəbli tarlada eramızdan əvvəl III əsrə aid nadir qədim bürünc sikkə aşkar edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Mütəxəssislərin qiymətləndirməsinə görə, sikkə eramızdan əvvəl 281-261-ci illərdə müasir Türkiyənin şimal-qərbində zərb olunub. Onun bir tərəfində korinf dəbilqəli ilahə Afina, digər tərəfində isə nizə və iynə ilə təsvir olunub.

Bu, Berlin ərazisində aşkar olunan ilk belə qədim yunan tapıntısıdır. Sikkənin çəkisi təxminən 7 qram, diametri isə 12 mm-dir. Onun bu əraziyə necə gəlib çıxması hələlik məlum deyil. Tapıntı yeri qədim dəfn sahəsi hesab olunur və burada əvvəllər də keramika və bürünc əşyalar aşkarlanıb.

Məktəbli tapıntını mütəxəssislərə təhvil verib və hazırda o elmi qiymətləndirmədən keçirilir. Sikkə aprelin 15-dən etibarən Berlinin PETRI arxeologiya mərkəzində ictimaiyyətə təqdim olunacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru