Rusiyanın paytaxtı Moskva istiqamətində hərəkət edən iki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Bu barədə Sergey Sobyanin özünün "Max" kanalında məlumat verib.
Onun sözlərinə görə, dronların zərərsizləşdirilməsindən sonra hadisə yerinə operativ xidmətlər cəlb olunub. Hazırda ərazidə təcili yardım və digər aidiyyəti qurumların əməkdaşları fəaliyyət göstərir.