Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında dava: “Pedofilsən?”

Bu gün, 07:25           
Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında dava: “Pedofilsən?”
Sumqayıt şəhərinin 26-cı məhəlləsində Xəzər Bağları istiqamətində hərəkət edən avtobusda sürücü ilə sərnişin arasında mübahisə baş verib.

İddiaya görə, insidentə səbəb avtobus sürücüsünün nəqliyyat vasitəsini dayanacaqda saxlamaması olub.

Sərnişinin sözlərinə görə, o, sürücünün dayanacaqda saxlamamasına etiraz etdikdən sonra tərəflər arasında mübahisə yaranıb və sürücü sərnişinə qarşı aqressiv davranıb, nəticədə onlar arasında qarşılıqlı təhqirlər səsləndirilib.

Məlumata görə, hadisədən sonra sərnişin düşmək istədiyi dayanacaqdan uzaqda düşərək yolu piyada qayıtmalı olub.
VİDEO BURDA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru