"Mançester Yunayted" səfərdə qələbə qazandı

19-02-2021, 08:44           
"Mançester Yunayted" səfərdə qələbə qazandı
Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Publika.az xəbər verir ki, “Mançester Yunayted” (İngiltərə) səfərdə “Real Sosyedad” (İspaniya) klubu ilə qarşılaşıb.

Oyun İspaniya klubunun böyük hesablı məğlubiyyəti ilə bitib.

Brunu Fernandeş oyunda dubl edib. Daha sonra Markus Reşford və Deniel Ceyms fərqlənib. “Real Sosyedad” vurulan dörd qolun əvəzini çıxa bilməyib.

Növbəti qarşılaşma 25 fevralda İngiltərədə baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru