Yaponiyaya atılan atom bombasında “erməni izi”

Bu gün, 00:09           
Yaponiyaya atılan atom bombasında “erməni izi”
Amerika və Yaponiya, Stalin və Trumen üz-üzə
SSRİ rəhbərləri Türkiyəni faşist Almaniyasının müttəfiqi hesab edirdi
Bəlkə də bu başlıq çoxlarına qəribə və gözlənilməz gələ bilər.
Amma və lakin...
Məsələ burasındadır ki, Türkiyə və SSRİ arasında zaman-zaman gizli və aşkar ziddiyyətlər mövcud olmuşdur. Bu konflikt 1945- ci ildən sonra özünün pik nöqtəsinə çatdı. Bəhanə də bu idi ki, guya türklər Qaradəniz, habelə Dardanel və Bosfor hövzəsində sərt rejim tətbiq etməkdədir. Bundan əlavə, Sovet rəhbərliyi yalana və şantaja əl ataraq Türkiyənin vaxtilə faşit İtaliyası ilə nasist Almaniyasına müəyyən məsələlərdə güzəştə getməsini iddia edirdi.
Müharibədə böyük itki versə də, müttəfiqlərinin köməyi sayəsində qalib kimi çıxan SSRİ və onun rəhbərliy Türkiyəni “qaralamışdı”.
Bu məsələdə daim Kremlin “siyasi çömçəsi” rolunda çıxış edən Mikoyanın da rolu az deyildi. İki dövlət arasında vəziyyətin get-gedə gərginləşməsindən istifadə edən ermənilər növbəti dəfə Türkiyəyə qarşı torpaq iddiası ilə çıxış etməyə başladılar.
Müharibə əsasən başa çatsa da ABŞ və SSRİ Yaponiya ilə hələ köhnə və təzə “haqq-hesabı” çürüdüb qurtara bilməmişdi. Bəli, həmin vaxt ABŞ yaponların əlindən çox “yığmışdı”. Çünki hələ 7 dekabr 1941-ci il tarixdə Yaponiya ABŞ-a qarşı elan olunmamış müharibəyə başlamış, onun Havaydakı hərbi-dəniz bazasına hücum etmişdi. Yaponların əsas məqsədi amerikanların dəniz donanmasını sıradan çıxarmaq idi.
Məsələ burasındadır ki, İkinci Dünya müharibəsinin əvvəlində ABŞ ilə Yaponiya arasında başlayan savaş, müharibənin sonunda SSRİ ilə özünün yeni bir mərhələsinə daxil oldu. Amma bu savaş artıq sovetlər təfəfindən başlanmışdı.
Hə, indi gələk “erməni məsələsinə”.
Məhz həmin dövrdə yaranmış situasiyadan istifadə etməyə çalışan Ermənistan rəhbərliyi həyasızlıq edir, “tarixi sənədlər” hazırlayıb Kremlə göndərir, özlərinin heç vaxt malik olmadığları “doğma torpaqların” geri qaytarılmasını tələb edirdilər. Onlar dəfələrlə Sovet rəhbərliyinə müraciət edərək Bəyazit, Rizə, Trabzon və digər ərazilərin iddiaçısı kimi çıxış edirgilər. Elə gürcülərin də istəyi buna yaxın idi, onlar daha çox Gerasun ərazisinə göz dikmişdilər.
Vəziyyət gərginləşməkdə idi. SSRİ rəhbərliyi Zaqafqaziya ərazisinə əlavə qoşun birləşmələri yeritmişdi. Zaman o zaman idi ki, SSRİ-nin kommunist rəhbərliyi bütün dünyaya meydan oxuyurdu. Hələ bu azmış kimi, ruslar öz müttəfiqlərinə də dirsək göstərirdilər. Bütün bunlar öz yerində. ABŞ kəşfiyyatının aldığı məlumata görə, müharibədəki qələbədən hayıl-mayıl olan Sovet rəhbərləri Türkiyəyə hücum haqqında plan hazırlamaqda idi. Təbii ki, Amerika rusların bu “təşəxxüs və təkəbbürünü” qəbul edə bilməzdi. Nəsə etmək lazım idi.
Yaponiyanın və SSRİ-nin dünyaağalığı uğrunda aşkar və gizli savaşı yaxın və uzaq sahilləri təhdid edirdi. Artıq həmin dövrdə ABŞ alimi Culius Oppenheymer dünyada ilk atom bombasıni kəşf etmişdi. Məsələ burasında idi ki, həmin qorxunc silahın sxemlərini gənc amerikalı fizik, sovet kəşfiyyatının təsiri altına düşmüş kommunist əqidəli Emil Klaus Fuks artıq SSRİ-yə ötürmüşdü. Yəni ki, Sovet rəhbərliyi yeni silah barədə məlumatlı idi. Amma kommunist liderlər Amerikanın bu silahdan tezliklə istifadə edəcəyinə inanmırdı. ABŞ isə artıq qəti qərara gəlmişdi. Elə etmək lazım idi ki, tezliklə həm yaponların səsi kəsilsin, həm də rusların. Bunun üçün yeni kütləvi ölümcül silahdan istifadə etməyin məqamı yetişmişdi. Amma bombanı hara atmalı? Asiya qitəsinə nəzarət edən Yaponiyaya, yoxsa erməni fitvasına gedərək Türkiyəyə hücum etməyə hazırlaşan SSRİ-yə? İkinci variant inandırıcı deyildi. Axı ruslar dünənəcən Amerikanın müttəfiqi idi.
Və nəhayət, 6 avqust 1945-ci il tarixdə sübh tezdən Amerika bombardmançıları Yaponiyanın Xirosima şəhərinə, üç gün sonra isə Naqasakiyə atom bombası atdı. Təşəbbüsün müəllifi ABŞ-ın yeni seçilmiş prezidenti Harri Trümen idi. Nəticə isə tezliklə bütün dünyaya məlum oldu.
Sovet rəhbərliyi, o cümlədən Stalin şokda idi. Deyilənlərə inansaq, bu məşum hadisədən sarsılan Baş katib yaxın ətrafına deyibmiş ki, “artıq türklərin yaxası əlimizdən çıxdı”. Və tezliklə Türkiyəyə hücuma hazırlaşan qoşun hissələri əvvəlki mövqelərinə qayıtmalı oldu.
Dogrudur, dünyanı, xüsusən də Sovetlər İttifaqını lərzəyə salan atom fırtınasından sonra da Türkiyə-SSRİ münasibətində bir müddət gərginlik yaşandı. Belə ki, məlum hadisədən düz bir il sonra, 7 avqust 1946-cı il tarixdə SSRİ dövləti Türkiyəyə nota göndərdi. Amma tezliklə (16 avqustda) ABŞ hakimiyyəti təşəbbüsü əlinə aldı. Prezident Trümen SSRİ rəhbətliyinə Türkiyənin əvəzindən cavab verərək, vəziyyətin daha da gərginləşəcəyi təqdirdə BMT-nin sərt tədbirlərə əl afacağını vurğuladı. Az sonra, avqustun 22-də Böyük Britaniya da Türkiyənin mənafeyini müdafiə etdiyini elan etdi.
Güclü təpkilər görən SSRİ-nin geri çəkilməkdən savayı yolu qalmadı.
p.s.
Arada tarixi "təsərrüfata" da də baş çəkirəm...
Firuz Mustafa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru