Elam ölkəsi m.ö 3-cü minillik.

Bu gün, 10:14           
Elam ölkəsi m.ö 3-cü minillik.
İlk siyasi qurumlar məhz mədəni inkişaf yoluna çıxan bölgələrdə görünməyə başlayır. Dağlıq bölgələrdən fərqli olaraq, toplumda varlı və yoxsul təbəqələşməsi özünü Sumer və Misir kimi ölkələrdə daha qabarıq göstərirdi, çünki əsl gerçək mədəniyət IV-III minillərdə daha çox böyük çayların yaxasında yaranırdı. Belə ki, Elam mədəniyəti Kerxe və Karun çayları, Sumer mədəniyəti İkiçayarası (Mesopotamiya) adlanan DəcləFərat çayları arasında, Misir mədəniyəti Nil çayı və Pakistan mədəniyəti Hind çayı yaxasında ortaya çıxmış, Çin mədəniyəti isə II minilin ortasında Xuanxe çayı yaxasında inkişaf etmişdi.
Bu ərazi e.ə VI–IV minilliklər ərzində əkinçi-maldar tayfalar tərəfindən mənimsənilmişdi. E.ə III minillikdən etibarən ölkə Elam, əhalisi isə elamlı adı altında tanınmağa başlamışdı. Ola bilsin ki, elamlı adlandırdığımız əhali bu ərazinin ilk sakinləri olmuşlar. Erkən Elam mədəniyyətinin təsiri İran ərazisində və İkiçayarasında aşkar edilmişdir. Qonşu şumerlər, bu ölkəni Nim ("yüksək ölkə") adlandırmışdılar. Akkad mənbələri isə bu adı Elamtu kimi tələffüz edirdilər. Elamlılar öz ölkəsini Hatamti (yaxud Halamti), qədim fars mənbələri Uvca (yaxud Uca) kimi əks edirdilər. Orta əsr qaynaqları burada hozi dilini yad etmişdilər. Xuzistan adı hozi sözündən əmələ gəlmişdir.
Maraqlıdır ki, m.ö. IX-VIII əsrlərdə bura gələn perslər ölkənin sumer, elam, akad dillərindəki adını deyil, türkcə olan Uca variantını almışlar.
Elam-Azərbaycan əlaqələri arxeoloji bəlgələrdə daha aydın görünür. Türkmənistana qədər uzanan bu əlaqə Azərbaycanın iç bölgələrilə deyil, güney və güney-doğu sınır bölgələri ilə məhdudlaşır. Elam izlərini piktoqrafik yazıların III minildə Sialk-təpəyə qədər yayılması əks etdirir. Ola bilsin ki, bəzi yerlərdə elam tacirlərinin koloniyaları olmuşdur.
Təvəkgül Nəbioğlu
TEREF
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru