Ənənəvi kameralar tarix olur? - ABŞ-də matç "iPhone"la çəkilib yayımlanacaq

Bu gün, 10:18           
Ənənəvi kameralar tarix olur? -
ABŞ-nin MLS müntəzəm çempionatında kameralar əvəzinə "iPhone" smartfonlarından istifadə olunmaqla ilk rəsmi yayım həyata keçiriləcək.

Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, eksperiment mayın 24-də çempionatın müntəzəm mövsümü çərçivəsində keçiriləcək "Los-Anceles Qalaksi" - "Hyuston Dinamo" qarşılaşması zamanı baş tutacaq.

Canlı yayımın yüksək keyfiyyətdə təmin olunması üçün stadionun müxtəlif nöqtələrində ümumilikdə 15 ədəd "iPhone 17 Pro" modeli yerləşdiriləcək.

Qeyd edək ki, ABŞ-də MLS oyunlarının rəsmi və eksklüziv yayımları birbaşa "Apple TV" striminq xidməti vasitəsilə azarkeşlərə təqdim olunur.

Bundan əvvəl analoji yayım formatı ABŞ-nin peşəkar beysbol liqası olan MLB (Major League Baseball) oyunlarının yayımı zamanı da tətbiq olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru