Keçmiş ulduz futbolçunun avtomobili dəhşətli qəzaya uğradı: Qardaşı vəfat etdi

11-05-2024, 16:34           
Keçmiş ulduz futbolçunun avtomobili dəhşətli qəzaya uğradı: Qardaşı vəfat etdi
Nigeriya millisinin və Amsterdamın “Ayaks” klubunun sabiq futbolçusu Ticani Babanqida ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə uğrayıb.

Hadisə Nigeriyada baş verib. Qəza nəticəsində Ticani Babanqidanın qardaşı, həm də keçmiş futbolçu olan İbrahim Babanqida vəfat edib. Hollandiyanın “Volendam” klubu mərhumun ailəsinə başsağlığı verib.

Qeyd olunub ki, Ticani Babanqidanın vəziyyəti ağırdır. Qəza nəticəsində onun həyat yoldaşı və qulluqçusu da ağır yaralanıblar.
Xatırladaq ki, Ticani Babanqidanın 50 yaşı var. O, 1996-cı ilin Olimpiya çempionudur. T.Babanqida “Ayaks”ın tərkibində Niderland çempionu və iki dəfə ölkə kubokunun qalibi, “Gençlerbirliği” ilə Türkiyə kubokunun qalibi olub.

Mənbə: Cümhuriyyət












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru