Ermənistan Macarıstana uduzdu

12-10-2025, 09:58           
Ermənistan Macarıstana uduzdu
FIFA 2026 Dünya Çempionatının Avropa seçmə mərhələsinin F qrupunda Macarıstan və Ermənistan milliləri üz-üzə gəlib.
TEREF “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Budapeştdəki “Puşkaş Arena”da keçirilən görüşdə Macarıstan kollektivi 2:0 hesabı ilə qalib gəlib.

Ev sahiblərinə qələbə qazandıran qolları 56-cı dəqiqədə Daniel Lukacs və 90+4-cü dəqiqədə Zsombor Gruber vurub. Bu nəticədən sonra macarlar xallarını 4-ə yüksəldərək qrupda 2-ci pilləyə qalxıb, Ermənistan isə 3 xalla 3-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, ötən gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi də Fransaya 3:0 məğlub olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]