Məşhur futbolçunun ailəsi faciəvi şəkildə öldü

Bu gün, 11:44           
Məşhur futbolçunun ailəsi faciəvi şəkildə öldü
Venesuelada baş verən dağıdıcı zəlzələlər argentinalı futbolçu Lukas Trexonu ağır itki ilə üz-üzə qoyub.

Globalinfo.az xəbər verir ki, yerli medianın yaydığı məlumata görə, 74 saat davam edən axtarış-xilasetmə əməliyyatlarından sonra futbolçunun həyat yoldaşı və iki övladının cəsədləri dağıntılar altından çıxarılıb.

Trexonun çıxış etdiyi Marítimo klubu sosial şəbəkə hesabında paylaşım edərək oyunçuya başsağlığı verib və ailəsinə səbir diləyib.

Bildirilib ki, 38 yaşlı müdafiəçi zəlzələ baş verən zaman Karakas şəhərində keçirilən oyunda olub. O, evinə qayıdarkən yaşadığı binanın tamamilə dağıldığını görüb və həmin vaxtdan etibarən yaxınlarının axtarışlarına qoşulub.

Qeyd edək ki, iyunun 24-də Venesuelanın Yarakuy ştatında, paytaxt Karakasdan təxminən 280 kilometr aralıda baş verən güclü zəlzələlər ciddi dağıntılara səbəb olub. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində həlak olanların sayı 1400 nəfəri keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru