"Birinci xanım olub prezidentlə yatmaqdan başqa nə etmisiniz?"

Bu gün, 11:54           
"Birinci xanım olub prezidentlə yatmaqdan başqa nə etmisiniz?"
Deyilənlərə görə belə əhvalat olubdur:
Günlərin bir günü ABŞ prezidenti Ronald Reyqan Ağ Evdə növbəti şam yeməklərindən birini təşkil edir.
Prezidentin xanımı Nensi Reyqan da qonaqlar arasında gəzərək onlara "Xoş gəlmisiniz" deyir, onlarla hal-əhval tuturmuş.
Elə bu dəm xanım Nensinin diqqətini sadə geyimli qaradərili kişi cəlb edir.
Qonaqlarının əksəriyyətini yaxşı tanıyan xanım Nensi bu kişini tanımır.
Kişiyə yaxınlaşaraq ondan "Cənab, bu şam yeməyinə sizi kim dəvət edib? Siz buna layiq görülmək üçün nə etmisiniz?" deyə soruşur.
Kobud sualdan əhvalını pozmayan qonaq xanım Nensiyə bəlkə də ömür boyu unutmayacağı cavabı verir:
- Mən musiqinin tarixində bir neçə dəfə yeni istiqamətin yaranmasında əsas rol oynamışam.
Bəs siz Birinci xanım olub prezidentlə yatmaqdan başqa nə etmisiniz?
Bunu deyən adam Maylz Deviz (Miles Devis) idi.
O, ABŞ caz tarixinin çox böyük musiqiçilərindən sayılır.
Maylz Deviz bəstəkar, orkestr rəhbəri, caz musiqiçisi, aktyor, mahnı müəllifi və film musiqilərinin bəstəkarı idi.
Dərisinin rənginə görə alçaldılmağı sevməyən və qəbul etməyən bu insanı amerikalı esseist, mədəniyyət tənqidçisi, professor Cerald Erli XX əsrin ən təsirli və yenilikçi musiqiçilərindən biri adlandırır.
Maylz-ın 1959-cu ildə buraxdığı "Kind of Blue" albomu bütün zamanların ən məşhur caz albomlarından biri sayılır.
Comərd Qaya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru