Ronaldunun "Ən-Nəsr"dən narazılığının səbəbi bilindi
6-02-2026, 10:31
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunun hücumçusu və kapitanı Kriştianu Ronaldu klubda mövcud olan maaş gecikmələrindən narazıdır.
Oxu.Az bu barədə "A Bola" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, portuqaliyalı futbolçu yaranmış vəziyyət həll olunana qədər komandada oynamaq niyyətində deyil.
"Əgər ödənişlərdəki gecikmələr operativ şəkildə aradan qaldırılarsa, 41 yaşlı forvard Səudiyyə Pro Liqasının 21-ci turu çərçivəsində fevralın 6-da baş tutacaq "Əl-İttihad"la matçda iştirak edəcək" , - deyə məlumatda vurğulanıb.