“Barselona” Avropa Super Liqasından çıxdı, “Real Madrid” tək qaldı

8-02-2026, 09:14           
“Barselona” Avropa Super Liqasından çıxdı, “Real Madrid” tək qaldı
La Liqa çempionu “Barselona” Avropa Super Liqasından rəsmi olaraq çıxdığını açıqlayıb.

TEREF xəbər verir ki, klub bununla bağlı yaydığı bəyanatda mübahisəli layihədə iştirakını dayandırdığını təsdiqləyib. Kataloniya təmsilçisi Super Liqa təşəbbüsünə qoşulan ilk 12 klubdan biri olsa da, layihədən ayrılan son klublardan biri olub.“Barselona”nın qərarından sonra əzəli rəqibi “Real Madrid” Avropa Super Liqasını açıq şəkildə dəstəkləyən yeganə klub olaraq qalıb.

Qeyd edək ki, UEFA və milli liqaların sərt mövqeyi səbəbindən Avropa Super Liqası layihəsi faktiki olaraq uğursuzluğa düçar olub.

///Sfera.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru