Dünya tarixində ən çox pul qazanan idmançıların reytinqi

Bu gün, 16:08           
Dünya tarixində ən çox pul qazanan idmançıların reytinqi
ABŞ-nin nüfuzlu "Sportico" portalı dünya tarixində ən çox pul qazanan idmançıların reytinqini dərc edib.

Oxu.Az xəbər verir ki, siyahıya Milli Basketbol Assosiasiyasının (NBA) altı dəfə çempionu olmuş əfsanəvi amerikalı Maykl Cordan başçılıq edir.

"Sportico"nun versiyasına görə, tarixin ən çox qazanan 10 idmançısını təqdim edirik:

1. Maykl Cordan (inflyasiya nəzərə alınmaqla - 4.5 milyard dollar; inflyasiya nəzərə alınmadan - 3.28 milyard dollar) - basketbol.

2. Tayqer Vuds (2.88 milyard dollar; 1.97 milyard dollar) - qolf.

3. Kriştianu Ronaldu (2.52 milyard dollar; 2.09 milyard dollar) - futbol.

4. Lebron Ceyms (2.03 milyard dollar; 1.62 milyard dollar) - basketbol.

5. Lionel Messi (1.99 milyard dollar; 1.62 milyard dollar) - futbol.

6. Arnold Palmer (1.85 milyard dollar; 885 milyon dollar) - qolf.

7. Cek Niklaus (1.83 milyard dollar; 930 milyon dollar) - qolf.

8. Devid Bekhem (1.68 milyard dollar; 1.26 milyard dollar) - futbol.

9. Rocer Federer (1.67 milyard dollar; 1.29 milyard dollar) - tennis.

10. Kiçik Floyd Meyvezer (1.57 milyard dollar; 1.16 milyard dollar) - boks.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]