Marko Yankoviç hakimi yumruqlamaq istədi – ŞOK GÖRÜNTÜLƏR YAYILDI – VİDEO

Bu gün, 00:12           
Marko Yankoviç hakimi yumruqlamaq istədi – ŞOK GÖRÜNTÜLƏR YAYILDI – VİDEO
“Sabah”la oyundan sonra “Qarabağ”ın futbolçusu Marko Yankoviç və hakim Rəvan Həmzəzadə arasında gərgin insident yaşanıb. “CBC Sport” kanalında yayımlanan görüntülərdə monteneqrolu futbolçunun Azərbaycan Kubokunun yarımfinalında “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçda hakim idarəçiliyindən kəskin narazı qaldığı əks olunub.

NOCOMMENT.az xəbər verir ki, xəbər verir ki, Yankoviç qarşılaşmanın 90+6-cı dəqiqəsində referi Rəvan Həmzəzadənin penalti təyin etməməsinə sərt reaksiya göstərib. Matç bitən kimi meydançada hakimlərə hücum çəkən oyunçu birbaşa qırmızı vərəqə alıb və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə ərazidən uzaqlaşdırılıb.

Lakin futbolçunun hirsini soyutmaq mümkün olmayıb. O, paltardəyişmə otağına gedən tuneldə yenidən hakimlərin üzərinə gedərək onlara yumruq vurmağa cəhd edib. Vəziyyətin daha da gərginləşməsinin qarşısını baş məşqçi Qurban Qurbanov alıb; o, futbolçunu sakitləşdirərək hadisə yerindən kənarlaşdırıb. Daha sonra polislər Yankoviçi hakimlər otağının qarşısından tamamilə uzaqlaşdırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru