DÇ-2026-nın finalı üçün biletlər fantastik qiymətə satılır

Bu gün, 09:14           
DÇ-2026-nın finalı üçün biletlər fantastik qiymətə satılır
2026-cı il dünya çempionatının final oyununa biletlər fantastik qiymətə satışa çıxarılıb.

CNN xəbər verir ki, biletlərin qiymətləri rekord həddə çatıb. FIFA tərəfindən təsdiqlənmiş ikinci əl satış platformasında bir neçə bilet satışa çıxarılıb, bunlardan dördü qapılardan birinin arxasında yerləşir. 1-ci kateqoriyada yerləşən sektorlara biletlərin qiyməti 16 000–24 000 dollar arasında dəyişir. 3-cü kateqoriyada bir biletin qiyməti isə 2,3 milyon dollara satılır. Bildirilir ki, hər bir satıcı platformada istədiyi qiyməti müəyyən etməkdə sərbəstdir və FIFA buna nəzarət etmir.

“MetLife” stadionunda finalı izləmək üçün ən ucuz bilet 11 000 dollar təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru