Bu klub Qurban Qurbanovu istəyir, illik 2 milyon avro maaş - ÖZÜ İSƏ...

9-05-2026, 12:08           
 Bu klub Qurban Qurbanovu istəyir, illik 2 milyon avro maaş - ÖZÜ İSƏ...
Türkiyə Super Liqasına yeni vəsiqə qazanan "Amedspor" baş məşqçi axtarışlarına başlayıb.

Xitab24.az-ın əldə etdiyi özəl məlumata görə, Diyarbəkir təmsilçisinin rəhbərliyi klubunun "sükanı arxası"na gətirmək istədiyi mütəxəssislər arasında "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov da var.

Kluba yaxın mənbələrin saytımıza verdiyi xəbərdə "Amedspor" rəhbərliyinin Qurban Qurbanov üçün illik iki milyon avro maaş düşündüyü bildirilir.

Hələlik 54 yaşlı mütəxəssisə bununla bağlı rəsmi təklif göndərilməsə də, "Qarabağ"ın çalışdırıcısının namizədlər siyahısında 4 önəmli isimdən biri olduğu dəqiqdir.

Qeyd edək ki, digər namizədlər Yürgen Klinsman, Cennaro Qattuzo və Con Heytinqadır.

Xatırladaq ki, "Amedspor" tarixində ilk dəfə Türkiyə Super Liqasına vəsiqə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru