DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri bəlli oldu Bu gün, 09:36 Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin bütün cütləri məlum olub.Oxu.Az-ın xəbərinə görə, bu mərhələdə üz-üzə gələcək bütün komandaların adlarına Kolumbiya - Qana oyunundan sonra aydınlıq gəlib.Beləliklə, 1/8 finalda aşağıdakı qarşılaşmalar keçiriləcək:4 iyul21:00. Kanada - Mərakeş.5 iyul01:00. Paraqvay - Fransa.6 iyul00:00. Braziliya - Norveç;04:00. Meksika - İngiltərə;23:00. Portuqaliya - İspaniya.7 iyul04:00. ABŞ - Belçika;20:00. Argentina - Misir.8 iyul00:00. İsveçrə - Kolumbiya.Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Facebook-da paylaş