Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi
Bu gün, 00:13
Norveçdə yaşayan yazar Günel Mövludun həyat yoldaşı Hacı Hacılı Azərbaycanda həbs edilib. Gununsesi.info-nun xəbərinə görə, Hacı Hacılı bu günlərdə ölkəyə gəlib. Həbsindən sonra ona CM-nin 206 (Qaçaqmalçılıq) maddəsi üzrə ittiham elan olunub. Barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən Hacılı hazırda Kürdəxanıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır.