"Möhtəşəm oyun idi, amma VAR finalı məhv etdi."
Bu gün, 00:16

Zlatan İbrahimoviç:
"Möhtəşəm oyun idi, amma VAR finalı məhv etdi. Çünki Renato Veiqa topa toxunmuşdu. Bu halda ofsaytdan söhbət gedə bilməz. Bu, hakimlik deyil, açıq-aşkar oğurluq idi. FIFA son 16 mərhələsində İspaniya – Portuqaliya oyununu istəyirdi."
"Xorvatiyalı futbolçu topa ümumiyyətlə toxunmur. Bəs onda niyə qol ləğv olunur? Əgər VAR səhvləri aradan qaldırmaq üçündürsə, niyə hakimə yalnız toxunma varmış kimi görünən bucaq göstərilir? Bütün bucaqları göstərin ki, ədalətli qərar verə bilsin."
"2026-cı ildə 41 yaşlı Kriştiano Ronaldonun hücum xəttinə liderlik etdiyi komanda ilə hansısa uğur qazanacağınızı düşünmək xəyalpərəstlikdir. Üstəlik, ehtiyat oyunçular skamyasında oyuna daxil olub hesabı dəyişə bilən Qonçalo Ramos kimi bir futbolçu olduğu halda... Bu, "əfsanəvi liderlik" deyil, komandanın tamamilə eqonun girovuna çevrilməsidir.
Ronaldo artıq əvvəlki toxunuşlarını və hərəkətliliyini itirib. İndi o, sadəcə cərimə meydançasında ötürmə gözləyir. Onu meydanda saxlayan ayaqları deyil, sahib olduğu auradır.
Hələ də əsas heyətdə meydana çıxması isə tamamilə nostaljidən qaynaqlanan bir dəlilikdir."
APA Sport

