DÇ-2026: Argentina Kabo-Verdeni çətinliklə məğlub etdi - VİDEO

Bu gün, 09:46           
DÇ-2026: Argentina Kabo-Verdeni çətinliklə məğlub etdi - VİDEO
Futbol üzrə dünya çempionatında (DÇ-2026) 1/16 final mərhələsinin daha bir oyunu baş tutub.

Oxu.Az xəbər verir ki, Mayami şəhərində keçirilən qarşılaşmada Argentina millisi Kabo-Verde ilə üz-üzə gəlib.

Gözlənilənlərin əksinə olaraq, hazırkı dünya çempionları çətinliklə, yalnız əlavə vaxtda qələbə qazana biliblər - 3:2.

Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Argentinanın heyətində Lionel Messi (29), Kabo-Verdedə Deroy Duarte (59) fərqləniblər.

Əlavə vaxtda isə argentinalıların qollarını Lisandro Martines (92) və Diney (111 - öz qapısına) vurublar. Afrikalıların əlavə hissədəki qolunu Sidni Kabral (103) vurub - 3:2.

Qeyd edək ki, Argentinanın 1/8 finaldakı rəqibi Misir millisi olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru