Oğlunun davası ilə gündəm olan Leysan Məmmədov 10 manatlıq şirlkətə 350 min AZN-dən çox pul köçürür

Bu gün, 09:37           
Oğlunun davası ilə gündəm olan Leysan Məmmədov 10 manatlıq şirlkətə 350 min AZN-dən çox pul köçürür
Ağdamda 350 minlik idarəetmə tenderi 10 manatlıq "CITY SERVICE" şirkətinə verildi

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məcburi köçkünlər üçün inşa edilən yaşayış kompleksinin istilik sisteminin idarə olunması məqsədilə keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.

32gun.az-ın əldə etdiyi rəsmi məlumata görə, Ağdam şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün salınmış orta mərtəbəli və çoxfunksiyalı yaşayış kompleksində inşa olunmuş qazanxananın "Mərkəzləşdirilmiş istilik təchizatı sisteminin idarə olunması" xidmətinin satın alınması üçün "CİTY SERVİCE" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə imzalanıb.

"Bir mənbədən" satınalma metodu ilə baş tutan rəsmi müqavilənin ümumi maliyyə dəyəri 354 008,16 AZN təşkil edir.

Ağdam rayonu, Ağdam şəhəri ünvanında hüquqi qeydiyyata alınan "CİTY SERVİCE" MMC cəmi 10 AZN nizamnamə kapitalına malikdir. Şirkətin rəsmi qanuni təmsilçisi isə Tural Hadı oğlu Rəcəblidir.

Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdur.
Xatırladaq ki, iş adamı Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı 2023-cü il Bakının istirahət mərkəzlərindən biri olan "Sea Breeze"də baş vermiş silsilə dava hadisələrində hallanıb. İddialara görə, o, mərkəzdəki restoranlardan birində dava salaraq qarşı tərəfin avtomobilinə zərər yetirmişdi. Maraqlısı budur ki, hadisə ilə bağlı keçirilən məhkəmə prosesində Elnur Məmmədovun özünün zərərçəkmiş şəxs qismində tanınması mətbuatda geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru