Maykl Cekson haqqında bioqrafik film rekord qırdı
Bu gün, 12:38

Amerikalı müğənni, pop musiqisinin kralı hesab olunan Maykl Cekson haqqında aprelin 23-də ekranlara çıxan "Maykl" bioqrafik filmi dünya kinoprokatında bir milyard dollar gəlir əldə edib.
"Variety" nəşri xəbər verir ki, film "Lionsgate" studiyasının ən gəlirli filmi və tarixdə ən çox gəlir əldə edən bioqrafik film olub.
ABŞ kinoteatrlarında ekran əsəri 371.8 milyon dollar, xarici ölkələrdə isə daha 629.8 milyon dollar gəlir gətirib. Yalnız ilk həftəsonunda Maykl Cekson haqqında bioqrafik film 314 milyon dollar qazanıb.
Təkrar nümayişlər sayəsində "Maykl" bioqrafik filmlər arasında dünya üzrə kassa gəlirlərinin liderinə çevrilib. Film 975 milyon dollar gəlir əldə edən 2023-cü il istehsalı "Oppenheymer"i və daha əvvəl ən gəlirli bioqrafik filmi hesab olunan 2018-ci il istehsalı "Bohem Rapsodiyası"nı (911 milyon dollar) geridə qoyub.
"Lionsgate" studiyası Şimali Amerikada filmin yayımını həyata keçirib, "Universal" studiyası isə beynəlxalq prokatı təşkil edib. Məşhur müğənni haqqında bioqrafik filmə qədər "Lionsgate"in ən çox gəlir gətirən filmi 2013-cü ildə çəkilmiş "Aclıq oyunları: Alovlanma" (865 milyon dollar) olub.
"Maykl" filmi müğənninin "Jackson 5" qrupundan pop musiqisinin kralı statusuna qədər keçdiyi yolu əks etdirir. Maykl Cekson rolunu müğənninin bacısı oğlu Cafar Cekson canlandırıb. Bu, aktyorun kinoda debütü olub.

