İspaniyada Fransa millisini "fransızlarıın olmadığı komanda" adlandırdılar

Bu gün, 12:18           
İspaniyada Fransa millisini "fransızlarıın olmadığı komanda" adlandırdılar
İspaniyanın sabiq baş naziri Mariano Raxoy 2026-cı il dünya çempionatının yarımfinalı ərəfəsində Fransa millisinin oyunu ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərini "El Debate" nəşri yayıb.

"Fransanın möhtəşəm heyəti var. Düzdür, orada fransızlar yoxdur, amma bizi son dərəcə güclü rəqib gözləyir", - deyə Raxoy bildirib.

Fransanın İspaniyadakı səfirliyi isə "X" sosial şəbəkəsində Raxoyun sözlərinə cavab verib.

"Mübahisə yaratmaq niyyətində olmadan faktları xatırlatmaq lazımdır: Fransa millisinin bütün futbolçuları fransızdır. 26 oyunçudan 23-ü Fransada doğulub. Xaricdə doğulan üç futbolçu da Fransa vətəndaşıdır", - deyə səfirliyin paylaşımında bildirilib.

Fransanın daxili işlər naziri Loran Nünes Raxoyun sözlərini "tamamilə qəbuledilməz" adlandırıb.

"Fransa heç də belə deyil. Fransa hər kəsin inkişaf edə və öz yerini tapa bildiyi müxtəliflik ölkəsidir", - deyə "The Athletic"in sitat gətirdiyi Nünes qeyd edib.

Qeyd edək ki, Fransa millisi yarımfinalda iyulun 14-də Bakı vaxtı ilə saat 23:00-da İspaniya ilə qarşılaşacaq. Digər yarımfinalda isə İngiltərə millisi iyulun 15-də Bakı vaxtı ilə saat 23:00-da Argentina ilə finala vəsiqə uğrunda mübarizə aparacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru